BAKI, 28 fevral — Sputnik. FİFA-dan sonra FİDE (Beynəlxalq Şahmat Federasiyası və ya Ümumdünya Şahmat Federasiyası) Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Federasiya Rusiya ilə yanaşı, Belarusda şahmatla bağlı yarış, tədbirin keçirilməsinə qadağa qoyub.
Bununla yanaşı, bu ölkədən olan şahmatçılar turnirlərə öz bayrağı altında qatılmaq hüququndan məhrum olunublar. İdmançılar sadəcə olaraq yerli federasiyanın bayrağı altında çıxış edəcəklər. Yarışlar zamanı 2 ölkənin dövlət himninin səsləndirilməsinə də icazə verilməyəcək. Bununla FİDE Rusiya və Belarusa aid şirkətlərlə əməkdaşlığa son qoyub.
FİDE həmçinin bəyan edib ki, Ukrayna ilə müharibəni dəstəklədikləri üçün rusiyalı şahmatçılar – Sergey Karyakin və Sergey Şopovun işini FİDE-nin Etika və İntizam Komitəsi araşdıracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.