HADİSƏ

Bakıda qəza, ölən var - FOTO

Qəza ilə əlaqədar ASK ARENA-dan "Koroğlu" metrosu istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Bildirilib ki, şəhər mərkəzi və "Koroğlu" metro stansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.
Sıxlığın baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən yarandığı qeyd olunub. Qəza ilə əlaqədar ASK ARENA-dan "Koroğlu" metrosu istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Heydər Əliyev prospektində avtomobil piyada qadını vurub. Təxminən 45-50 yaşlarında olan qadın hadisə yerində ölüb.
Qeyd edək ki, bir neçə gün öncə ağır qəza baş vermişdi. Ələt-Astara magistralında baş verən qəzada 2 nəfər dünyasını dəyişmişdi.
Hadisə yerinə cəlb olunan FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişini deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.