RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Avropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcək

Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel deyib ki, Ukraynaya müharibə aparmaq üçün ən vacib silahları verəcəklər.
Sputnik
BAKI, 28 fevral - Sputnik. Avropa İttifaqı (Aİ) ölkələri Rusiya qoşunlarına qarşı müharibə aparmaq üçün Ukraynaya döyüş təyyarələri verməyə razılaşıblar.
Bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib.
"Biz silah, döyüş silahı, hətta döyüş təyyarələri təqdim edəcəyik. Biz təkcə döyüş sursatından danışmırıq. Müharibə aparmaq üçün ən vacib silahları veririk", - Report-un məlumatına görə, Borell deyib.
Onun sözlərinə görə, Ukrayna qırıcı təyyarələr istəyib və bəzi üzv ölkələrdə onlara malikdir.
"Nazir Kuleba bizdən Ukrayna ordusunun istifadə edə biləcəyi qırıcılar barədə soruşdu. Bəzi ölkələrdə belə təyyarələr var", - Borrel əlavə edib.
Diplomat həmçinin bildirib ki, ittifaq ölkələri Kiyevə 450 milyon avro yardıma dair razılığa gəliblər.
Ukraynaya əlavə olaraq 50 milyon avroluq yanacaq və müdafiə vasitələri göndəriləcək.
Ukrayna hadisələri
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
G7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib