BAKI, 27 fevral - Sputnik. “Spartak” Bakıda “Leypsiq”lə oynaya bilər. Bu prioritet variantdır.
Bu sözləri Spartak-ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Dmitri Zelenov deyib.
O qeyd edib ki, “Spartak” Avropa Liqasında “Leypsiq”lə Azərbaycanın paytaxtında oynaya bilər.
"“Leypsiq”lə oyun üçün prioritet variant Bakıdır. Biz UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində biz konkret məlumatları gözləyirik ", - deyə Zelenov bildirib.
O qeyd edib ki, Moskva klubu Yerevanda çıxış etmək variantını da istisna etmir.
Bundan əvvəl UEFA Rusiya və Ukrayna klubları, eləcə də yığma komandaları arasında ittifaqın himayəsi altında keçirilən turnirlərin ev oyunlarını neytral meydanda keçirməsinə dair qərar verib.