BAKI, 27 fevral - Sputnik. Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşüb.
RİA Novosti-nin yaydığı məlumata görə, Putin ordunun strateji çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
“Hörmətli həmkarlar, görürsünüz ki, Qərb dövlətləri təkcə iqtisadi sahədə ölkəmizə qarşı qeyri-dost addımlar atmır, mən hamının yaxşı bildiyi sanksiyaları nəzərdə tuturam, həm də NATO-nun aparıcı ölkələrinin yüksək səviyyəli rəsmiləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər. ", - deyə Putin bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin nəşr etdiyi müdafiə terminologiyası təlimatına əsasən, strateji çəkindirmə qüvvələri Rusiya Silahlı Qüvvələrinin döyüş gücünün əsasını təşkil edir, Rusiyaya və onun müttəfiqlərinə qarşı təcavüzün qarşısını almaq, o cümlədən nüvə silahının istifadəsi ilə müharibədə təcavüzkarı məğlub etmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: