RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lukaşenko Zelenskiyə hansı zəmanətləri verib? Kuleba açıqladı

Kuleba deyib ki, Lukaşenko Belarus qoşunlarının Ukraynaya qarşı istifadə edilməyəcəyinə zəmanət verib.
Sputnik
BAKI, 27 fevral - Sputnik. Bu gün Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı bir zəmanət verilib.
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba açıqlayıb.
Kuleba deyib ki, Lukaşenko Belarus qoşunlarının Ukraynaya qarşı istifadə edilməyəcəyinə zəmanət verib.
Kulebanın sözlərinə görə, Rusiya ilə danışıqlar nəticəsində sülh əldə oluna bilər, lakin Kiyevin təslim olmasından söhbət gedə bilməz.
Ukrayna XİN başçısı dünya ictimaiyyətini Rusiyaya qarşı tam maliyyə izolyasiyası tətbiq etməyə çağırıb.
"Biz Rusiyanı bütün maliyyə sistemlərindən tamamilə təcrid etmək üçün təcili tədbirlər tələb edirik. Bura bütün Rusiya bankları, o cümlədən Rusiya Mərkəzi Bankı daxil edilməlidir. Artıq bəzi tədbirlər görülüb və bunun üçün tərəfdaşlarımıza təşəkkür edirik. Lakin bu, kifayət deyil”, - Kuleba deyib.
“Biz həmçinin Rusiyaya tam neft və qaz embarqosunun qoyulmasını tələb edirik. Rusiyadan neft və qaz alan bütün ölkələr utanmalıdırlar”, - deyə o əlavə edib.
Kulebanın fikrincə, əks halda sanksiyalar Rusiyaya ciddi təsir etməyəcək.
“Ukraynaya silah və humanitar yardım edən ölkələri unutmayacağıq. Xüsusən tanklara qarşı silahlara, raketlərə, atıcı silahlara daha çox ehtiyacımız var”, - Kuleba deyib.
Ukrayna XİN başçısı əlavə edib ki, əvvəllər ultimatumlarla danışan Rusiya məğlubiyyətlərlə üzləşəndən sonra indi sadəcə, yalnız danışmaq istədiyini bildirir: “Dünyadakı dostlarımızın yardımına görə minnətdarıq. Bu, təkcə bizim mübarizəmiz deyil”.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ukrayna və Rusiya arasında danışıqların keçiriləcəyi yer bəlli oldu
Zelenski Rusiya ilə görüş yerini açıqladı
Rusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedib
Zelenski Rusiya ilə danışıqlar üçün Bakını seçdi
Rusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedib