RUSİYA

Rusiya silahlı qüvvələri heç bir itki verməyib - RF MN

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Kiyev yaxınlığındakı Gostomel aerodromu Rusiya bölmələri tərəfindən tutulub.
Sputnik
BAKI, 26 fevral - Sputnik. Rusiyanın Müdafiə Nazirliyi fevralın 25-nə olan Ukraynadakı vəziyyət barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin bölmələri Kiyev ətrafında və digər şəhərlərdə qoyulmuş vəzifələrin icrasını davam etdirilər. Rusiya hərbçiləri Kiyevin yaşayış məhəllələrinə zərbə endirməyəcəklər.
Kiyev yaxınlığındakı Gostomel aerodromu Rusiya bölmələri tərəfindən tutulub. Gostomel aerodromunun tutulması zamanı 200 Ukraynalı xüsusi təyinatlısı məhv edilib.

Hava-desant qüvvələrinin əsas hissələri artıq Gostomeldə yerləşmiş desant bölmələri ilə birləşərək Kiyevi qərb istiqamətində ətrafdan kəsiblər. Kəşfiyyat Kiyevin Şevçenko meydanında Gostomel istiqamətində zərbələr üçün “Qrad” qurğuları yerləşdirilib.

Məlumatda o da qeyd olunur ki, Rusiya bölmələri Çerniqov şəhərinə giriş-çıxışı tam bağlayıblar.

Rusiyalı hərbiçilər dinc əhali arasında qurbanların qarşısını almaq üçün bütün tədbirləri görürlər.

Rusiya silahlı qüvvələrinin heç bir itki vermədiyi qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Eləcə də oxuyun:
* Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ keçirməyə çağırdı - VİDEO
* Rusiya Ukraynanın hərbsizləşdirilməsini təmin edəcək - Lavrov
* Zelenskinin ofisi: Ukrayna Rusiya ilə danışıqlara hazırdır