RUSİYA

Kiyev Moskva ilə danışıqlardan imtina edib

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri bildirib ki, Kiyev danışıların aparılacağı şərtlərlə razı deyil.
Sputnik
BAKI, 26 fevral - Sputnik. Rusiya prezidenti Vladimir Putin dünən Ukraynada ordunun demilitarizasiya əməliyyatının dayandırılması barədə göstəriş verib ki, danışıqlar aparılsın, lakin Kiyev bundan imtina edib və əsas qüvvələrin irəliləməsi davam etdirilib. RİA Novosti xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Ukrayna tərəfi danışıqlardan mahiyyət etibarı ilə imtina etdiyinə görə, əməliyyat planına uyğun olaraq bu gün günortadan sonra Rusiyanın əsas qüvvələrinin irəliləməsi bərpa edilib”, deyə o, jurnalistlərə bildirib.
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri bildirib ki, Kiyev danışıların aparılacağı şərtlərlə razı deyil.
Xatırladaq ki, fevralın 21-də Rusiyanın dövlət başçısı Vladimir Putin "Donetsk və Luqansk Xalq Respublikaları"nın yardım xahişindən sonra onların suverenliyinin tanınması haqqında fərmanlar imzalayıb. Fevralın 24-də isə Ukraynanın demilitarizasiyası və denazifikasiyası məqsədilə xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Xersonda həlak olan azərbaycanlıların nəşi morqdadır - Mərhumun qardaşından açıqlama