RUSİYA

Avropanın üç ölkəsi Rusiya təyyarələri üçün öz səmasını bağlayıb

Polşa, Çexiya və Bolqarıstan hava məkanlarını bağladıqları barədə aviakompaniyalara bildiriş göndərib.
Sputnik
BAKI, 26 fevral — Sputnik. Polşa, Çexiya və Bolqarıstan öz hava məkanlarını bağladığı barədə Rusiya kompaniyalarını xəbərdar edib.
Bu barədə "Ria Novosti" informasiya agentliyi Rusiya aviakompaniyalarının birinə yaxın olan mənbəyə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, Polşa, Çexiya və Bolqarıstan hava məkanlarını bağladıqları barədə aviakompaniyalara bildiriş göndərib.
Qeyd edək ki, bir müddət öncə adı çəkilən ölkələr Ukrayna-Rusiya münaqişəsi ilə əlaqədar yanvarın 26-dan etibarən rus aviakompaniyalarına məxsus təyyarələr üçün öz hava məkanlarını bağlayacaqlarını bildirmişdi.
Qeyd eədk ki, bu gün Rusiya Müdafiə Nazirliyi məhv edilmiş Ukrayna hərbi texnikası və infrastrukturu və Rusiya qoşunlarının Ukraynada irəliləyişindən danışıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov şənbə günü Ukraynanın 14 döyüş təyyarəsi və helikopterinin vurulduğunu açıqlayıb:
"7 döyüş təyyarəsi, 7 helikopter, 9 pilotsuz uçuş aparatı vurulub. 87 tank və digər zirehli döyüş maşını, 28 reaktiv yaylım atəşi sistemi, 118 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib. Rusiya Hərbi Dəniz Qüvvələri Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 8 hərbi kateri məhv edib".
"Ümumilikdə Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini, o cümlədən 14 hərbi aerodrom, 19 komanda məntəqəsi və rabitə mərkəzi, 24 S-300 və "Osa" zenit-raket kompleksi, 48 radar stansiyasını vurub", - deyə o bildirib.
"Gecə saatlarında Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturuna hava və dəniz bazalı qanadlı raketlərdən istifadə etməklə uzaqmənzilli dəqiqlikli silahlarla zərbə endirib", - deyə Konaşenkov bildirib.
Həmçinin, onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin bölmələri Melitopol şəhəri üzərində tam nəzarəti bərpa edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Moldova Azərbaycan vətəndaşlarından COVID-19 pasportu və ya PCR tələb etməyəcək