AZƏRBAYCAN XƏBƏRLƏRİ

20 nəfərə yaxın soydaşımız sərhəddə qalıb - Açıqlama

Diplomatın sözlərinə görə, Ukraynadan vətəndaşlarımızın təxliyyəsi üçün bütün münkün variantlardan istifadə edilir ki, onları Ukraynadan təhlükəsiz çıxartmaq mümkün olsun.
Sputnik
BAKI, 26 fevral — Sputnik. “Dünən səhər Kiyevdən Moldoyava gedən 20 nəfərə yaxın soydasımız hələ sərhədi keçə bilməyib. Çünki hərbi əməliyyatlara görə, uzun növbə var”. Sputnik Azərbaycan-a açıqlamasında bu sözləri Ukrayna Azərbaycanlıları Radasının sədri Ceyhun Məmmədov bildirib.
O, deyib ki, iki gün ərzində Radaya təxliyyə üçün 400 azərbaycanlı müraciət edib. C.Məmmədov soydaşlarımızın təxliyyəsinin Ukraynadakı diplomatik korpusumuzun vasitəsilə həyata keçirildiyini söyləyib.
Diplomatın sözlərinə görə, Ukraynadan vətəndaşlarımızın təxliyyəsi üçün bütün münkün variantlardan istifadə edilir ki, onları Ukraynadan təhlükəsiz çıxartmaq mümkün olsun.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
Ukraynadan təxliyə edilənlər arasında xəsarət alanlar yoxdur. Bunu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib.
Onun sözlərinə görə, cümə günü, fevralın 25-də axşam saatlarında 300-dən çox insan Ukraynadan Moldovaya Ocnita və Palanka keçid məntəqələrindən keçib.
Şənbə günü, fevralın 26-da Ukraynada təhsil almış 50-yə yaxın azərbaycanlı tələbənin Moldovaya gələcəyi gözlənilir. Hazırda diplomatlar azərbaycanlıların evlərində soydaşların qəbulu, yerləşdirilməsi ilə məşğul olur, həmçinin təxliyə edilənlərə tranzit vizalarının verilməsi üçün səylər göstərirlər.
Bu sənədin köməyi ilə azərbaycanlılar avtobusla Rumıniyaya, oradan isə təyyarə ilə Bakıya gedə biləcəklər. Diplomat bildirib ki, azərbaycanlıların ilk qrupunun yaxın həftəsonu Bakıya gətiriləcəyi gözlənilir.
Azərbaycan Xarici İşlər Nazirliyində vəziyyət hər saat izlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Moldova Azərbaycan vətəndaşlarından COVID-19 pasportu və ya PCR tələb etməyəcək