BAKI, 25 fevral - Sputnik. "SOCAR Energy Ukrayna" adi rejimdə fəaliyyətini davam etdirir. Yanacaq ehtiyatı kifayət qədərdir, ancaq bəzi YDM-lərdə fasilələr ola bilər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə şirkət özünün rəsmi saytında məlumat verib.
"Hər kəsi tələb olunan qədər yanacaqla təmin etmək üçün əlimizdən gələni edirik. Sözsüz prioritet - kritik infrastruktur və təcili yardım xidməti maşınlarıdır", - məlumatda qeyd olunur.
SOCAR Ukrayndada 2008-ci ildə fəaliyyətə başlayıb. Şirkət Ukraynada YDM şəbəkəsinə malikdir və 55 stansiyanı idarə edir. Bazarda 2.5-3% paya sahibdir. Hal-hazırda "SOCAR Energy Ukrayna" şirkətində 50-yə yaxın mütəxəssis çalışır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.
Dünəndən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: