İDMAN

Çempionlar Liqasının finalı Rusiyadan “köçdü”

Final oyununun təşkilat komitəsinin rəhbəri Aleksey Sorokin isə bildirib ki, oyuna hazırlıq əvvəlki rejimdə aparılır.
Sputnik
BAKI, 25 fevral – Sputnik. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Çempionlar Liqasının final oyununu Sankt-Peterburqdan aldı.
Oyun mayın 28-də Fransada, "Stad de-Frans"da baş tutmalıdır.
---------------------
24.02.2022
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Çempionlar Liqasının final oyunu Sankt-Peterburqdan alınarsa, başqa variantları nəzərdən keçirəcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ESPN yazır.
Agentliyin mənbəsi bildirib ki, UEFA Avropa İttifaqı ilə əməkdaşlıq edərək, “LXR” ilə “DXR”-in Rusiya tərəfindən tanınmasından sonra vəziyyət gərginləşərsə, bu ölkəyə qarşı istənilən sanksiyaya müvafiq davranacaq. İddia olunur ki, UEFA, çox güman ki, Çempionlar Liqasının finalını Sankt-Peterburqdan “köçürəcək”.
Bundan öncə Böyük Britaniya KİV-ləri yazıb ki, UEFA Çempionlar Liqasının finalını Sankt-Peterburqdan alıb Londona vermək istəyir. Ancaq ESPN-in məlumatına görə, bu halda “Tottenhem” və “Vesthem”in Londondakı stadionlarından əlavə, UEFA Roma, Münhen, Paris, Amsterdam və Barselonadakı meydanları da gözdən keçirir. UEFA üçün vacib olanı - stadionun nəqliyyat şəbəkəsi və infrastrukturu 100 min gəlmə azarkeşi qəbul edə biləcək nəhəng Avropa şəhərində yerləşməsidir.
Böyük Britaniyanın Baş naziri Boris Conson “DXR” və “LXR”in tanınmasından sonra iri futbol turnirlərinin Rusiyada keçirilməsini “ağlasığmaz” adlandırmışdı.
Final oyununun təşkilat komitəsinin rəhbəri Aleksey Sorokin isə bildirib ki, oyuna hazırlıq əvvəlki rejimdə aparılır, UEFA hələlik matçın başqa şəhərə köçürüləcəyi barədə məlumat varməyib.
Çərşənbə günü o da məlum olub ki, Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan kişilər arasında ATP-250 tennis turniri Qazaxıstanın Nur-Sultan şəhərinə köçürülüb. Səbəbi bəlli olmasa da, Peşəkar Tennisçilər Assosiasiyasından (ATP) bildiriblər ki, bu, Rusiyaya qarşı qəbul olunan sanksiyalarla əlaqədar deyil.
ATP-250 kateqoriyalı turnir Nur-Sultanda sentyabrın 19-dan 25-dək keşiriləcək.
Avropa İttifaqı “LXR” və “DXR”in tanınmasına görə Rusiyaya qarşı sanksiyalar paketi qəbul edib. Buraya Dövlət Dumasının 351 deputatı, 27 fiziki şəxs və təşkilat daxildir. Rusiyanın CSKA (MOİK) futbol klubu isə “Vneşekonombank”ın 25 digər qurumu ilə birlikdə Amerika sanksiyaları ilə üzləşib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.