RUSİYA

Rusiya XİN Azərbaycanla bağlı səhvini düzəltdi

Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, "Şərqi Ermənistan" sözü çıxarılıb.
Sputnik
BAKI, 24 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif aradan qaldırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, "Şərqi Ermənistan" sözü çıxarılıb.
Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılıb. Sözügedən müqavilədə "Şərqi Ermənistan" sözünə istinad edilib.
Azərbaycan XİN bununla bağlı açıqlama yayaraq Rusiyanı XİN-i bu təhrifi aradan qaldırmağa çağırıb.
Xatırladaq ki, 1813-cü il oktyabrın 12-də Çar Rusiyası ilə Qacar İranı arasında Gülüstan, 1828-ci il fevralın 10-da yenə də Çar Rusiyası ilə Qacar İranı arasında Türkmənçay müqavilələri imzalanıb və bununla da Azərbaycan Araz çayı sərhəd olmaqla iki hissəyə bölünüb. Araz çayının şimalında yerləşən ərazilər Rusiyanın tərkibinə qatılıb, cənubunda yerləşən torpaqlar isə İran Qacar dövlətinin hüdudları daxilində qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Nazirlik: Rusiya XİN-in Türkmənçay müqaviləsi ilə bağlı paylaşımında təhrifə yol verilib