RUSİYA

Rusiya MN itkilərlə bağlı xəbəri yalanladı

Rusiyaya məxsus təyyarə və zirehli texnikanın iddia edilən itkiləri ilə bağlı bəyanatı "tam yalandır".
Sputnik
BAKI, 24 fevral — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının Rusiyaya məxsus təyyarə və zirehli texnikanın iddia edilən itkiləri ilə bağlı bəyanatı tam yalandır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının Rusiya təyyarələri və zirehli texnikalarının guya itkiləri ilə bağlı bəyanatı tamamilə yalandır", - nazirlik bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib. Rusiya prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. "Donbasın xalq respublikaları" Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası və Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq və qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Lukaşenko hərbçilərlə müşavirə keçirəcək
Putin Donbasın müdafiəsi üçün xüsusi əməliyyat barədə elan edib