RUSİYA

Putin və Ərdoğan telefonla nə danışıblar?

Telefon danışığı Vladimir Putinin Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etməsini elanından sonra baş tutub.
Sputnik
BAKI, 24 fevral — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonlar danışıb. Sputnik Azərbaycan bu barədə Türkiyə mediasına istinadla xəbər verir. Bildirilir ki, telefon danışığı Vladimir Putinin Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etməsini elanından sonra baş tutub.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib. Rusiya Prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublıikaları Rusiyaya yardım üçün maraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası və Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq və qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ərdoğan Əliyev və Putinə zəng edib