FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dubayda "Gələcəyin Muzeyi": dünyanın ən gözəli indi odur? - FOTO

Memarlıq möcüzəsinin və ən böyük texnologiya sərgisinin necə göründüyünü Sputnik Azərbaycan fotolentində izləyə bilərsiniz.
Sputnik
BAKI, 23 fevral — Sputnik. "Gələcəyin Muzeyi" fevralın 22-də Dubayda açılıb və artıq "National Geographic" jurnalı tərəfindən planetin ən gözəl 14 muzeyindən biri seçilib. Bu, həqiqətən də dünyanın hər yerindən turistləri cəlb edəcək bir yerdir.
1 / 15

Dubayda "Gələcəyin Muzeyi"nə futuristik mənzərə.

2 / 15

Memarlığı üzüyə bənzəyən binaya diqqət yetirin.

3 / 15

Muzeyin ekspozisiyası dövrümüzün imkanlarının və təhdidlərinin öyrənilməsinə, gələcəyin texnologiyalarına həsr olunub.

4 / 15

Yeddi mərtəbəli bina 30 min kvadratmetr ərazini əhatə edir və hündürlüyü 77 metrə çatır.

5 / 15

"Gələcəyin Muzeyi"nin korpusu paslanmayan poladdan ibarətdir, ərəb kalliqrafiyası ilə yazılan Dubay hökmdarı Şeyx Məhəmmədin sitatları ilə örtülmüşdür.

6 / 15

Onlardan biri belə səslənir: "Gələcək onu təsəvvür edən, layihələndirən və həyata keçirə bilənlərindir".

7 / 15

Heyrətamiz binanın içərisində artıq daimi texnologiya sərgisi də var.

8 / 15

Yeddi mərtəbənin hamısı sərgi üçün ayrılıb.

9 / 15

İçəridə - kapsul liftlər, sensor divarlar və gəzən köməkçi robotlar mövcuddur.

10 / 15

Dubayda "Gələcəyin Muzeyi" binaya qoşulan stansiyanın yaratdığı 4000 meqavatlıq günəş enerjisi ilə təchiz ediləcək.

11 / 15

Dubaydakı "Gələcəyin Muzeyi"nin binası mühəndis Şon Keyla tərəfindən layihələndirilib.

12 / 15

Muzeyin fasadı 1024 lövhədən ibarətdir, onun yığılması il yarım ərzində mümkün olub, eyni zamanda, hər panel ayrı-ayrılıqda quraşdırılıb.

13 / 15

Muzey körpülər vasitəsilə "Jumeirah Emirates Towers" kompleksi və "Emirates Towers" metro stansiyası ilə birləşir.

14 / 15

"Gələcəyin Muzeyi"ni ziyarət edənlərə "2071-ci ilə səyahət"ə getmək təklif olunur.

15 / 15

Dubaydakı "Gələcəyin Muzeyi" - indi dünyanın bütün telefonlarının ekran şəklidir.

Yetkin insan üçün biletin qiyməti 145 dirhəmdir (40 dollar).
Dubaydakı "Gələcəyin Muzeyi" kosmonavtika, davamlı inkişaf və ekologiya, iqlim dəyişikliyi ilə mübarizə və qabaqcıl səhiyyə texnologiyaları məsələlərinə həsr olunub.
Sonuncu mərtəbə uşaqlar üçün nəzərdə tutulub: təhsil bölməsində onlar indinin və gələcəyin problemlərini müstəqil olaraq araşdırıb həll edəcəklər. Muzeydə gələcəyi formalaşdıran innovasiyaları araşdırmaq üçün ən müasir texnologiyalardan və elmi həllərdən istifadə etməklə təhsil kursları, ustad dərsləri və müzakirələr keçiriləcək.