BAKI, 21 fevral — Sputnik. Dünyanın ən böyük neft treyderlərindən biri olan "Vitol"un baş direktoru Rassel Hardi neft qiymətlərinin yaxın 6-9 ay ərzində 100 ABŞ dollarından yuxarı həddini keçəcəyini proqnozlaşdırır. Bu barədə "APA-Economics" "Bloomberg"ə istinadən xəbər verib.
R.Hardinin sözlərinə görə, bu il dünya neftə olan tələbat üzrə rekordları yeniləyəcək. 2022-ci ilin gündəlik neft istehlakı pandemiyadan əvvəlki səviyyələri əhəmiyyətli dərəcədə keçəcək.
R.Hardı qeyd edib ki, bu (istehlakın artımı – red.), inflyasiyanın artımını qidalandıran qiymətlərin yüksəlməsinə səbəb olub.
Qeyd edək ki, ötən həftə (14-19 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 98,73 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,79 dollar və ya 0,81% çoxdur.
Həftə ərzində ən yüksək göstərici (III gün) – 100,76 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 97,63 dollar səviyyəsində olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.