BAKI, 20 fevral - Sputnik. Rusiya prezidenti Vladimir Putin gələn həftə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə Rossiya-1 Televiziya kanalında nümayiş olunan "Moskva. Kreml. Putin" verilişində məlumat verilib.
"Xarici ölkə liderlərin mühüm səfərləri bu həftə də davam edəcək. Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfəri, Pakistanın baş nazirinin də Kremldə olacağı gözlənilir", - deyə proqramda qeyd olunub.
Məlumatda o da qeyd olunur ki, fevralın 23-də, Vətənin Müdafiəçisi Günündə Putin Naməlum Əsgərin məzarına gül dəstələri qoyacaq və rusiyalıları bayram münasibətilə təbrik edəcək.
Onu da qeyd edək ki, yanvarın 18-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu barədə Rusiya prezidentinin saytı xəbər verib.
Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək strateji tərəfdaşlıq perspektivlərini müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.