RUSİYA

Putin və Makron Ukrayna üzrə işçi qrupun görüşü barədə razılığa gəliblər

Fransa mətbuatının məlumatına görə, telefon danışığı 1 saat 45 dəqiqə davam edib.
Sputnik
BAKI, 20 fevral - Sputnik. Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron telefon danışığı zamanı yaxın saatlarda Ukrayna üzrə üçtərəfli işçi qrupun görüşünün təşkili üzərində işləmək barədə razılığa gəliblər. Bu barədə RİA Novosti xəbər yayıb.
“Prezidentlər bütün maraqlı tərəflərin təmas xəttində atəşkəsə dair öhdəliklərə riayət etməsi məqsədilə yaxın saatlarda üçtərəfli təmas qrupunun görüşünün keçirilməsini təmin etmək üçün işləmək barədə razılığa gəliblər”, - deyə kommünikedə bildirilir.
Sənəddə o da bildirilir ki, Rusiya və Fransa liderləri Ukraynanın son günlər verdiyi təkliflər əsasında Normandiya formatı çərçivəsində işi bərpa etmək barədə də razılığa gəliblər.
Qeyd edək ki, bazar günü səhər Makron və Putin arasında telefon danışığı olub.
Fransa mətbuatının məlumatına görə, telefon danışığı 1 saat 45 dəqiqə davam edib.
Reuters agentliyinin məlumatına görə, üçtərəfli görüşün məqsədi - (Rusiya, Ukrayna, ATƏT) Ukraynanın şərqində atəşkəsə nail olmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Putin ilə Qərb liderlərinin danışıqları barədə - Peskov