DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarus və Rusiya müharibənin qarşısını almaq üçün addımlar atacaq - Xrenin

Nazir deyib ki, Birlik Dövlətinin reaksiya qüvvələrinin sınaq təlimlərini davam etdirilməsi barədə qərarı qəbul olunub.
Sputnik
BAKI, 20 fevral - Sputnik. Belarus və Rusiya silahlı qüvvələrinin baş qərargahları öz regionlarında müharibənin qarşısını almaq üçün gələcək birgə addımları işləyib hazırlayacaqlar. RİA Novosti-nin xəbərinə görə, bunu bazar günü Belarusun müdafiə naziri Viktor Xrenin deyib.
"Təlim başa çatıb... İttifaq dövlətinin cavab qüvvələrinin sınağı davam etdiriləcək. Belarus Respublikası və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahları birgə gələcək addımlar hazırlayacaq və biz bu qərarları həyata keçirəcəyik", - deyə nazir bildirib.
Nazirin şərhi Belarus Müdafiə Nazirliyinin Telegram kanalında yerləşdirilib.
Xrenin qeyd edib ki, “ilk növbədə təlimlər müharibənin qarşısını almağa yönəlib”.
O vurğulayıb ki, Belarus və Rusiya prezidentləri dəfələrlə bu ölkələrin müharibə istəmədiyini bildiriblər.
“Lakin onlar (Qərb – red.) bizi eşitmirlər və ya eşitmək istəmirlər... Ona görə də müvafiq qoşun qruplaşması yaradılıb, lazım gələrsə, müvafiq cavab verəcək”, - deyə nazir bildirib.
Belarus Müdafiə Nazirliyinin rəhbəri onu da deyib ki, Belarus-Rusiya İttifaqı dövlətinin xarici sərhədləri yaxınlığında hərbi aktivliyin artması və Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, prezidentlər Birlik Dövlətinin reaksiya qüvvələrinin sınaq təlimlərini davam etdirmək qərarına gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.