İQTİSADİYYAT

Azərbaycan yanvarda onlarla ton çay ixrac edib

Ötən ilin yanvar ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 59,1%, həcmi isə 18,7% artıb
Sputnik
BAKI, 20 fevral — Sputnik. Bu ilin yanvar ayında Azərbaycan 267,69 min ABŞ dolları dəyərində 36,07 ton çay ixrac edib.
Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, bir il əvvəlki göstəricidən müvafiq olaraq 64,8% və 65,4% azdır.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.
Azərçay
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 4 005,42 min dollar dəyərində 844,22 ton çay idxal olunub. 2021-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 59,1%, həcmi isə 18,7% artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,41% təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Ən çox hansı ərzaq məhsulları bahalaşıb - CƏDVƏL - VİDEO