HƏRBİ

İtkin düşüb tapılan kursant barədə qərar verilib

Heydər Əliyev adına Hərbi Akademiyanın hərbi şurasının iclası keçirilib.
Sputnik
BAKI, 19 fevral - Sputnik. İtkin düşdükdən üç gün sonra hərbi polis tərəfindən tapılan Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı Vüsal Hüseynlinin akademiyadan xaric olunmasına qərar verilib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bununla bağlı akademiyanın hərbi şurasının iclası keçirilib.
Qəbul edilmiş qərara əsasən, Hüseynli Vüsal Elşən oğlu əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə məktəbdən qovulacaq.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıtdan Bakıda yola düşüb. Bundan sonra ondan xəbər olmayıb.
Aparılan axtarış tədbirləri nəticəsində Vüsal Hüseynli üç gün sonra hərbi polis tərəfindən tapılıb.
V.Hüseynlinin atası Elşən Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında oğlunun Ali Hərbi Məktəbin ən yaxşı oxuyan kursantlarından biri olduğunu deyib. O, məktəbi əlaçı kimi başa vurmaq üzrəydi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
İtkin düşüb sonra tapılan kursantın atası danışdı: "Ailədə heç bir problemimiz yoxdur"