BAKI, 19 fevral - Sputnik. UEFA Konfrans Liqasının 1/16 final mərhələsində “Qarabağ”a Fransada 3:1 hesabı ilə qalib gəldiyi ilk oyundan sonra “Marsel”ə qarşı intizam işi açıb.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
"Marsel" klubu tribunalarda qadağan olunmuş bannerin görünməsinə, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə və tamaşaçı keçidlərinin bloklanmasına görə ittiham edilir.
İntizam işi ilə bağlı qərarın tarixi daha sonra müəyyənləşəcək.
"Qarabağ" "Marsel"lə oyunda mümkün təxribatlarla bağlı rəqibinə və UEFA-ya əvvəlcədən müraciət etmişdi.
Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə cavab oyunu fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: