İDMAN

Daha bir Azərbaycan idmançısı Böyük Dəbilqənin qalibi oldu - VİDEO

Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən Hidayət Heydərov qızıl, Yaşar Nəcəfov gümüş medala sahib çıxıblar.
Sputnik
BAKI, 19 fevral - Sputnik. Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Serbiya təmsilçisi Nemanya Maydovla üz-üzə gəlib.
Rəqibinə qızıl xal bölümündə qalib gələn Mehdiyev Böyük Dəbilqənin qalibi olub.
100 kq-da yarışan Zelim Kotsoyev bürünc medal görüşündə Onise Saneblidze (Gürcüstan) ilə üz-üzə gəlib və qızıl xal bölümündə ona qalib gəlib.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.