CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yolu bağlayan TIR sürücüləri həbs olunublar

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə sürücülərdən ikisi inzibati qaydada həbs olunub.
Sputnik
BAKI, 18 fevral - Sputnik. Bakıda yolu bağlayan TIR sürücü Rəmiş Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu qərarı da bu gün Nərimanov rayon Məhkəməsi çıxarıb.
Məhkəmə Rəmiş Cəfərov barəsində istintaq orqanının təqdimatı əsasında 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarıb.
Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
---------
17:51
Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs ediliblər.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, sürücülər Fəxrəddin MəlikovMirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü inzibati qaydada 30 sutka həbs olunub.
Yük maşını sürücüləri prospekti bağlayaraq beynəlxalq daşıma icazələrini əldə edə bilmədiklərinə görə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və qurumun şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriblər. Bir müddət sonra yol açılıb. Sürücülürən hərəkətinə görə Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bir müddət sonra sürücülərin tıxacda qalan vətəndaşlardan üzr istədiklərini əks etdirən videoları paylaşılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* TIR sürücülərinin yolu kəsməsi: cinayət işi, "qara maskalılar", "döyülmə". Nə baş verir?