İDMAN

"Qarabağ"ın qapısını qoruya bilmədi, amma ən yaxşı ola bildi

Siyahıya "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin zərbəsindən sonra komandasını qoldan xilas edən Stiv Mandandanın seyvi də düşüb.
Sputnik
BAKI, 18 fevral — Sputnik. UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarında ən yaxşı qapıçı seyvləri açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yarışın rəsmi "twitter" hesabında məlumat verilib. Bildirilib ki, "5-lik"də "Qarabağ"ın qolkiperi Luka Quqeşaşvilinin seyvi də yer alıb.
Gürcüstanlı oyunçu Fransada "Marsel"lə görüşdə Pap Quyenin zərbəsini dəf edib.
Siyahıya "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin zərbəsindən sonra komandasını qoldan xilas edən Stiv Mandandanın seyvi də düşüb.
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə 3:1 hesabı ilə uduzub. Komandalar arasındakı cavab qarşılaşması fevralın 24-də Bakıda olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* "Marsel" - "Qarabağ" oyunundan kadrlar