İDMAN

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Heydərov finalda Obidxon Nomonovla (Özbəkistan) üz-üzə gəlib.
Sputnik
BAKI, 18 fevral — Sputnik. Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Obidxon Nomonovla (Özbəkistan) üz-üzə gəlib.
Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub.
---------
19:03
Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
Sputnik Azərbaycan xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Oron Ginerə (İsrail) qalib gəlib.
25 yaşlı idmançı 1/4 finalda İqor Vandtkeni (Almaniya), yarımfinalda isə Tohar Butbulu cərimə xalları hesabına məğlubiyyətə uğradıb. Heydərov finalda Obidxon Nomonovla (Özbəkistan) üz-üzə gələcək.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medal qazanıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.