MƏDƏNİYYƏT

Xocalı soyqırımı ilə bağlı film olacaq?Nazirlikdən açıqlama

2022-ci ildə Qarabağla bağlı Türkiyə və Azərbaycanın müştərək filmləri olacaq. Amma Xocalı soyqırımı ilə bağlı film hələ gözlənilmir. Bunun üçün böyük investisiya qoyulmalıdır.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Ötən ilin martında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq vermişdi. Bunula bağlı Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov türkiyəli həmkarı Mehmet Nuri Ərsoyla görüşmüşdü.
Mədəniyyət naziri Anar Kərimov bildirmişdi ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq. Bu yaxınlarda həmin görüşün 1 ili tamam olacaq. Bir neçə gün sonra isə Xocalı soyqırımının 30-cu ili tamam olur.
Azərbaycan tamaşaçısının isə haqlı narazlığına səbəb olan məsələ də budur ki, bu müddət ərzində Azərbaycan tarixinin ən qanlı faciəsi haqqında film çəkilməyib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə də əlaqə saxladıq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Audiovizual və interaktiv media şöbəsində baş məsləhətçisi Ramil Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, Qarabağ zəfəri (Vətən müharibəsi) ilə bağlı tammetrajlı film danışıqları, hazırlıqlar davam edir.
Müştərək film olacaq. Hələ ki, ilkin mərhələdə işlər davam edir. 2022-ci ildə Qarabağla bağlı Türkiyə və Azərbaycanın müştərək filmləri olacaq. Amma Xocalı soyqırımı ilə bağlı film hələ gözlənilmir. Bunun üçün böyük investisiya qoyulmalıdır. Bununla bağlı hər iki ölkə arasında danışıqlar aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.

Həmçinin oxuyun:

İlk dərslər Xocalı soyqırımının ildönümünə həsr olunacaq
Prezident: Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq
Milli Məclisdə Xankəndi və Xocalıya dövlət büdcəsindən vəsait ayrılması təklif edildi