BAKI, 17 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Yaponiyanın baş naziri Fumia Kisida arasında telefon danışığı baş tutub.
Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
"Mən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdım. Prezident Ukrayna barədə Rusiyanın mövqeyini izah etdi. Mən öz növbəmdə problemin həlli üçün diplomatik səylərin vacibliyini vurğuladım", - danışıqlardan sonra mətbuat konfransı keçirən Kisida söyləyib.
Bundan başqa, Kisida Putinə "regionda status-kvonun güc yolu ilə dəyişdirilməsi əvəzinə bütün tərəfləri qane edən həllərin tapılmasının" vacib olduğunu deyib.
"Biz Rusiya-Yaponiya münasibətləri üzrə dialoqu, o cümlədən sülh müqaviləsi, digər qlobal məsələlər və Ukrayna ətrafındakı vəziyyət üzrə danışıqları davam etdirməyə qərar verdik. Mən gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsini istərdim", - Kisida əlavə edib.
Bundan əvvəl Kisida başçılıq etdiyi fraksiyanın üzvləri ilə görüşündə Tokionun Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla azaldılması səylərinə qoşulduğunu bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.