SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: Azərbaycan etibarlı enerji təchizatçısı olduğunu hər zaman sübut edib

ABŞ hələ "Əsrin müqaviləsi"nin imzalanmasında, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində Azərbaycana kömək edib.
Sputnik
BAKI, 16 fevral — Sputnik. ABŞ Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsində və Avropada qaz təchizatının şaxələndirilməsi istiqamətində önəmli olan Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyini göstərməkdədir. ABŞ Azərbaycanın bu prosesdə strateji rolunu yüksək qiymətləndirir. Azərbaycan etibarlı enerji təchizatçısı olduğunu hər zaman sübut edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən dəyirmi masada ifadə edib.
Diplomat qeyd edib ki, Amerika Birləşmiş Ştatları ilk gündən bəri Azərbaycanın enerji təchizatına dəstək göstərib.
"ABŞ hələ "Əsrin müqaviləsi"nin imzalanmasında, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində, Azərbaycan qazının Avropaya çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizinin həyata keçirilməsində hər zaman Azərbaycana kömək edib", - deyə səfir bildirib.
ABŞ minatəmizləmə sahəsində təcrübəsini Azərbaycan ilə bölüşməyə hazırdır
Səfir bildirib ki, mən Ağdam və Zəngilanda olarkən problemin hansı dərəcədə olduğuna şahidlik etmişəm. Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq əlaqələrimiz var. Bu səbəbdən işğaldan azad edilmiş ərazilərdə problemin necə böyük olduğunu başa düşürük.
Diplomat deyib: "Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən layihələrdə ABŞ şirkətlərinin iştirakını görmək istərdim. Bizim ANAMA ilə əməkdaşlığımız davam edir. ABŞ minatəmizləmə sahəsində böyük potensiala malikdir. Ölkəmiz təcrübəsini Azərbaycan ilə bölüşməyə hazırdır".