SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanlılar Yerevana gedirlər? Deputatın şərhi

Millət vəkili Rasim Musabəyov Sputnik Azərbaycan-a ölkəmizin nümayəndə heyətinin Yerevana mümkün səfərindən danışıb.
Sputnik
BAKI, 16 fevral — Sputnik. Azərbaycan nümayəndə heyətinin fevralın 21-22-də Ermənistanın paytaxtında keçiriləcək Avronest toplantısında iştirak edəcəyi gözlənilir. Bu barədə "Joxovurd" qəzeti yazıb.
"Biz Avronest-in Ermənistan nümayəndə heyətinin rəhbəri Mariya Karapetyandan Azərbaycan nümayəndə heyətinin Yerevana gəlib-gəlməyəcəyini öyrənməyə çalışdıq. O qeyd etdi ki, hazırda onların gəlib-gəlməməsi bəlli deyil, lakin onların gəlmə ehtimalı yüksəkdir", - deyə "Yerevan Today. Rus" qəzetindən sitat gətirilib.
Millət vəkili Rasim Musabəyov Sputnik Azərbaycan-a ölkəmizin nümayəndə heyətinin Yerevanda keçiriləcək Avronest toplantısına qatılması məsələsindən danışıb.
Deputat bunun ilk dəfə baş vermədiyini söyləyib. Onun sözlərinə görə, Avronest-in Azərbaycan nümayəndələri əvvəllər də Ermənistana səfər ediblər: "İkinci Qarabağ müharibəsindən əvvəl Yerevanda müxtəlif komitələrin iclasları keçirilirdi və orada azərbaycanlı deputatlar da iştirak edirdilər".
"Belə bir səfər qeyri-adi deyil, lakin bu, müharibədən sonra ilk dəfə olacaq. Düşünürəm ki, səfər həm Azərbaycan, həm də Ermənistan ictimaiyyəti tərəfindən müsbət qarşılanacaq", - deyə millət vəkili bildirib.
Ermənistan tərəfi ilə mümkün pərdəarxası dialoqa gəlincə, Rasim Musabəyov bildirib ki, əgər imkan olsa, Azərbaycan tərəfi bundan istifadə edəcək, baxmayaraq ki, əvvəllər belə dialoqlar nəzərdə tutulmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.