CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nikah və boşanmaların ən çox qeydə alındığı bölgələr açıqlanıb

Ötən il daimi yaşamaq üçün Azərbaycana 2397 nəfər gələn və Azərbaycandan 570 nəfər gedən qeydə alınıb.
Sputnik
BAKI, 16 fevral — Sputnik. Azərbaycanda nikah və boşanmaların ən çox qeydə alındığı bölgələr açıqlanıb.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8) olub.
Boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2,0), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.
Ötən il Azərbaycana gələn və gedənlərin sayı açıqlanıb.
Qeyd edilib ki, ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2397 nəfər gələn və Azərbaycandan 570 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1827 nəfər təşkil edib.
Həmçinin oxuyun:
Azərbaycanda boşanma və nikahların sayı artıb