TƏHSİL

Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb

Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Bu gündən məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib.
Sputnik Azərbaycan-ın Təhsil Nazirliyinə istinadən xəbərinə görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.
Xatırladaq ki, ötən ilin noyabrın 10-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilmişdi.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Peşə məktəblərində oxuyanların attestasiya qaydası dəyişdirilib
Tələbələrin biliklərinin qiymətləndirilməsi qaydaları dəyişdirildi
Deputatdan etiraz: Müəllim ola bilməzlərsə, onda niyə magistraturaya qəbul edirsiz?