BAKI, 14 fevral — Sputnik. Həkim-diyetoloq Yelena Solomatina əti karbohidratlarla, yəni makaron, kartof, dənli bitkilər və çörəklə yeyərkən orqanizmin zərər gördüyünü bildirib.
Bu, ətin karbohidratlardan daha gec həzm olunması ilə əlaqədardır.
"Bir parça əti makaronla yedik və üstündən də bir dilim tort və ya keks əlavə etdik. Makaron həzm olunmaq üçün daha da irəli gedə bilmir, keks isə qidanın üzərində qalır və bu zaman fermentasiya, intoksikasiya prosesləri başlayır, faydalı floramızın bir hissəsi ölür, bu o deməkdir ki, immunitet sistemimizin fəaliyyəti azalır", - deyə mütəxəssis izah edib.
Həkim-diyetoloq hər hansı intoksikasiyanın ürək bulanmasına və orqanizmin bir çox funksiyalarının azalmasına səbəb olduğunu da vurğulayıb.
Arzuolunmaz nəticələrin qarşısını almaq üçün Solomatina əti tərəvəz ilə yeməyi məsləhət görüb. O, həmçinin kartof püresi ilə balıq və şorba ilə çörək yeməyi tövsiyə edib. Kartofu ən yaxşı şəkildə digər tərəvəzlərlə, xüsusilə soyuq halda, məsələn, salatda yemək daha yaxşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.