TƏHSİL

Bu tələbələr təhsil haqqından azad olundular

Bu barədə BDU-nun Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Bakı Dövlət Universiteti (BDU) Vətən müharibəsində iştirak etmiş tələbələrinin əlavə qruplar üzrə təhsil xərclərini qarşılayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə BDU-nun Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
Rektor Elçin Babayev qeyd edib ki, indiyədək Vətən müharibəsi qaziləri ilə bağlı bir neçə mühüm qərar qəbul olunub. Vətən müharibəsində iştirak etmiş BDU tələbələrinin təhsil problemləri diqqətlə təhlil edilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm iş aparılır.
BDU Elmi Şurasının 2021-ci il 3 fevral tarixli iclasının qərarı ilə Vətən müharibəsi iştirakçısı olmuş altqruplarda təhsil alan tələbələrin ödənişləri təhsil müəssisəsinin büdcəsindən ödənilir. Həmçinin müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərini həll etmək üçün qanunvericiliyə uyğun bütün şərait yaradılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.