SƏHİYYƏ

Mütəmadi yuxusuzluq həddindən artıq kökəlməyə səbəb olur

Yuxu rejiminə əməl olunmazsa, orqanizm daha çox kortizol istehsal edir ki, bu da daimi aclıq hissi yaradır.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Həkim-diyetoloq Yelena Solomatina "Danışır Moskva" radiostansiyasına verdiyi müsahibədə yuxusuzluq və həddindən artıq kökəlmə arasında əlaqədən danışıb.
Mütəxəssisin fikrincə, mütəmadi olaraq yuxu çatışmazlığı səbəbindən insanda bioritmlər pozulur və nəticədə daimi aclıq hissi yaranır. Bu, həddindən artıq kökəlməyə səbəb ola bilər.
"Yuxu kifayət qədər normada olmalıdır, bəzən əlavə bir saat yuxu bədəni tam əks vəziyyətə sala bilər", - deyən diyetoloq qeyd edib ki, yetkin yaşına çatmış insan üçün orta yuxu müddəti yeddi ilə səkkiz saat arasında dəyişir.
Solomatina onu da əlavə edib ki, yuxu rejiminə əməl olunmazsa, orqanizm daha çox kortizol istehsal edir ki, bu da daimi aclıq hissi yaradır.
Bu yaxınlarda həkim-diyetoloq Yelena Solomatina bildirib ki, ətin digər məhsullarla birləşməsinə diqqətli yanaşmaq lazımdır, çünki ət çox gec həzm olunur. O qeyd edib ki, əti karbohidratlarla, yəni makaron, kartof, dənli bitkilər və çörəklə yemək orqanizmə zərər vermək deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.