BAKI, 13 fevral — Sputnik. 68 saylı Moskva şəhər poliklinikasının baş həkimi Natalya Kuzenkova koronavirus infeksiyasından sonra orqanizmin tez bərpa olunması haqqında danışıb.
"Hər hansı bir virus infeksiyası orqanizmi zəiflədir və buna görə də xəstəlikdən sonra ilk günlər orqanizmi çox yükləmək məsləhət deyil, əksinə, ona düzgün qidalanma, fiziki aktivlik və istirahət rejimi, həmçinin kifayət qədər yuxu ilə kömək etmək lazımdır", - deyə mütəxəssis bildirib.
Fiziki məşqlər həftədə beş gün ərzində 20-30 dəqiqə aparılmalıdır. Orqanizmin həddindən artıq yüklənməməsi üçün fiziki məşqlərin müddəti tədricən artırılmalıdır.
Eyni zamanda, təkrar infeksiyanın qarşısını almaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək, otaqları daha tez-tez havalandırmaq və dezinfeksiyaedici vasitələrlə təmizlik işləri aparmaq vacibdir.
Qidaya emal edilməmiş və ya bütöv dənli məhsullar, paxlakimilər, bitki yağları və qoz-fındıq əlavə edilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.