RUSİYA

"Virciniya" sualtı qayığı Rusiya sərhəddini pozdu, ABŞ hərbi attaşesinə xəbərdarlıq edildi

Sualtı qayığın ekipaj üzvlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar buna məhəl qoymayıblar.
Sputnik
BAKI, 12 fevral - Sputnik. Amerika Birləşmiş Ştatları hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi attaşenin nazirliyə çağırılmasına səbəb Urup adasının yaxınlığında Sakit Okean Donanması qüvvələrinin planlaşdırdığı təlim bölgəsində ABŞ-ın "Virciniya" tipli nüvə sualtı qayığının olmasıdır.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığının Rusiya Federasiyasının dövlət sərhədini pozması ilə əlaqədar Rusiya Müdafiə Nazirliyi ABŞ-ın hərbi attaşesini çağırıb", - deyə məlumatda bildirilir.
Sualtı qayığın ekipaj üzvlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar buna məhəl qoymayıblar.
Xatırladaq ki, fevralın 12-də, saat 10.40-da Rusiyanın Sakit Okean Donanması Kuril adalarının yaxınlığında təlim keçirərkən ABŞ-ın "Virciniya" tipli sualtı qayığının ərazi sularına daxil olduğunu qeydə alıb.
Sualtı qayıq xəbərdarlıqlara və ərazini tərk etmək tələblərinə məhəl qoymadığı üçün ona "Marşal Şapoşnikov" gəmisindən atəş açılıb. Amerika sualtı qayığı imitator vasitəsilə atəşdən yayınaraq, ərazini tərk edib.
Həmçinin oxuyun:
Sergey Lavrov Entoni Blinkenlə danışdı: Ukraynaya hücum barədə xəbərlər təxribatdır
ABŞ və Rusiyanın müdafiə nazirləri nə danışıblar? Pentaqonun sözçüsü açıqladı
Putinlə Makron arasında telefon söhbəti 1 saat 40 dəqiqə davam edib