BAKI, 12 fevral - Sputnik. Fevralın 12-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, telefon danışığı zamanı Lavrov vurğulayıb ki, ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı “Rusiyanın təcavüzü” ilə bağlı başlatdığı təbliğat kampaniyası təxribat məqsədi daşıyır.
Bu, Kiyev hakimiyyətini Minsk razılaşmalarını sabotaj etməyə və “Donbass problemini” güc yolu ilə həll etmək üçün zərərli cəhdlərə sövq edir:
“Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, Vaşinqton və Brüsselin Rusiya-Amerika müqaviləsi və NATO ilə bizim tərəfimizdən təqdim etdiyimiz təhlükəsizlik zəmanətləri haqqında saziş layihələrinə reaksiyası bizim üçün əsas, ilk növbədə, alyansın genişlənməməsi və zərbə silah sistemlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi ilə bağlı müddəaları gözardı edir.
Vurğulanıb ki, ABŞ və NATO-dan daxil olan və həmkarların diqqətinə çatdırılacaq sənədlərlə bağlı qiymətləndirməmizin mərkəzində bu məsələlər dayanacaq”.
Sergey Lavrov Avro-Atlantik regionda təhlükəsizliyin bölünməzliyi ilə bağlı ən yüksək səviyyədə götürülmüş öhdəlikləri pozan hərəkətlərin yolverilməzliyini xatırladıb.
Lavrov və Blinken Rusiya-ABŞ ikitərəfli münasibətlərinin bəzi aktual məsələlərinə də toxunublar. Xəbəri APA tərcümə edib.
Həmçinin oxuyun: