İDMAN

Rusiyalı idmançı Qış Olimpiya Oyunlarında tarix yazdı

Stepanova bu növdə ən gənc yaşda olimpiya çempionu olan idmançı adına sahib çıxıb. O, 21 yaş 39-cu günündə uğura yiyələnib.
Sputnik
BAKI, 12 fevral - Sputnik. Rusiyalı xizəkçi Veronika Stepanova Qış Olimpiya Oyunlarının tarixinə düşüb.
21 yaşlı idmançı buna Rusiya komandasının tərkibində estafet yarışında qızıl medal qazanmaqla nail olub.
Stepanova bu növdə ən gənc yaşda olimpiya çempionu olan idmançı adına sahib çıxıb. O, 21 yaş 39-cu günündə uğura yiyələnib.
Report-un məlumatına görə, xizəkçi 1998-ci ildəki olimpiadada 21 yaş 60 günündə qızıl medal qazanmış həmyerlisi Yuliya Çepalovanın rekordunu qırıb.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.