CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qobu" Enerji Qovşağının açılışı olub

Açılışdan sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə verib.
Sputnik
BAKI, 11 fevral — Sputnik. Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qobu" Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasının və 385 meqavatlıq "Qobu" Elektrik Stansiyasının açılışında iştirak edib.
Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağının açılışında
Sputnik Azərbaycan xəbər verir ki, açılışdan sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə verib.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma" qovşaq yarımstansiyasının açılışında iştirak edib.
"Azərenerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağının açılışında
Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan "Yaşma" yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün dəmir-beton və metal-konstruksiyaların aşınması, həmçinin uzunmüddətli istismar nəticəsində avadanlığın köhnəlməsi, izolyasiya parametrlərinin pisləşməsi tez-tez qısaqapanma hadisəsinin baş verməsinə səbəb olurdu. Bundan əlavə, sistem qəzalarının başvermə ehtimalı və sürətlə artan tələbatı ödəyə bilməməsi ilə əlaqədar yarımstansiya Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulub. Spesifik sahə olduğundan yenidənqurma işləri yerli mütəxəssislər tərəfindən növbətçilik əsasında, elektrik gərginliyi saxlanılmaqla aparıldığı üçün yarımstansiyanın fəaliyyətində fasilə yaranmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
“Yaşma” qovşaq yarımstansiyasının açılışı olub