SƏHİYYƏ

COVID-19-un müalicəsi üçün perspektivli dərmanlar açıqlandı

Xəstələrdə yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün dərmanlar təklif olunub.
Sputnik
BAKI, 11 fevral — Sputnik. COVID-19-un müalicəsi üçün iki yeni dərman ÜST tərəfindən perspektivli hesab edilir və istifadəsi tövsiyə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.
"Baricitinib" ağır və ya kritik koronavirus xəstələrinə kömək edir. İmmunitet sisteminin həddindən artıq stimullaşdırılmasını boğan "Janus kinase" inhibitorları adlı dərmanlar sinfinin bir hissəsidir. ÜST onu kortikosteroidlərlə təyin etməyi tövsiyə edir", - deyə Vuynoviç bildirib.
Onun sözlərinə görə, ÜST həmçinin xəstəxanaya yerləşdirilmə riski yüksək olan xəstələrdə yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün monoklonal anticism dərmanı olan "Sotrovimab"ın istifadəsini təklif edib. Risk qruplarına yaşlılar, immun çatışmazlığı olan insanlar, şəkərli diabeti, hipertoniya və piylənməsi olan xəstələr daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.