BAKI, 9 fevral - Sputnik. Sumqayıtlı gənc skripkaçımız Nuray Məmmədova Qazaxıstanda keçirilən müsabiqədə uğur qazanıb. AZƏRTAC-ın xəbərinə görə, onlayn formatda keçirilən 1-ci Beynəlxalq klassik musiqi müsabiqəsində N.Məmmova Qran-Pri mükafatına layiq görülərək müvafiq diplomla təltif edilib.
Qeyd edək ki, N.Məmmdova Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin skripka şöbəsinin şagirdidir.
Bundan əlavə, müsabiqənin münsiflər heyəti tərəfindən Nurayın müəllimi Violetta Həsənəlizadə və müsabiqənin konsertmeysteri Təranə İsmayılova da təşəkkürnamə ilə təltif olunublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.