CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN dilənçilərin küçədə narkotik satmasına münasibət bildirib

Sosial şəbəkələrdə dilənçilərin küçədə narkotik vasitə satması ilə bağlı məlumatlar yayılıb.
Sputnik
BAKI, 9 fevral — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə dilənçilərin küçədə narkotik vasitə satmağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yayılan xəbərlərlə bağlı məlumatlıdırlar. Hazırda faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Abumislimov Kamran olması müəyyən olunub:
"O etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub. Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub. İddialarla bağlı araşdırmalar davam etdirilir".
Qeyd edək ki, sosial şəbəkələrdə dilənçilərin küçədə narkotik vasitə satması ilə bağlı məlumatlar yayılıb. Kamran adlı bir şəxs küçədə dilənçiliklə məşğul olan uşaqlardan salfet aldığını və bir müddət sonra polis əməkdaşlarının onu saxladığını yazıb. Araşdırma zamanı həmin salfetin içində narkotik vasitə olduğu məlum olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Dövlət sərhədində narkotik vasitə aşkarlandı