CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Medianın İnkişafı Agentliyində istefa

Rüstəm Əbülfətoğlu bildirib ki, ona göstərilmiş etimadın məsuliyyətindən çıxış edərək Medianın İnkişafı Agentliyindəki (MEDİA) fəaliyyətini bu gün öz xahişi ilə başa vurub.
Sputnik
BAKI, 8 fevral — Sputnik. Rüstəm Əbülfətoğlu Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsindən istefa verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə "Facebook" hesabında məlumat yayıb.
Rüstəm Əbülfətoğlu bildirib ki, ona göstərilmiş etimadın məsuliyyətindən çıxış edərək Medianın İnkişafı Agentliyindəki (MEDİA) fəaliyyətini bu gün öz xahişi ilə başa vurub.
Xatırladaq ki, R.Əbülfətoğlu telejurnalistika ilə ANS, ATV və “Space” kanallarında məşğul olub. Hər üç telekanalda baş redaktor vəzifəsində çalışıb.
Elə 2008-ci il noyabrın 23-də ANS-in yayımı dayandırılarkən də Rüstəm Əbülfətoğlu bu kanalın baş redaktoru idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
MEDİA jurnalistlərin təhqir olunması ilə bağlı bəyanat yaydı