İQTİSADİYYAT

Azərbaycanda energetikaya dair yenilik olacaq

Azərbaycanda su və karbohidrogen sistemlərində molekulyar hidrogenin alınması istiqamətində elmi-tədqiqat işləri aparılıb.
Sputnik
BAKI, 8 fevral — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən ölkədə hidrogen energetikasının inkişafı ilə bağlı proqram hazırlanır.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, AMEA Rəyasət Heyətinin üzvü Adil Qəribov belə deyib.
O bildirib ki, bu proqram çərçivəsində gələcəkdə layihələrin icrası istisna edilmir: "Bu gün dünyanın bir çox ölkəsində bu istiqamətdə tədqiqatlar aparılır. Azərbaycanda 1970-ci illərdə bu sahədə müəyyən işlər aparılsa da, daha sonra dayandırılıb. Hazırda işğaldan azad olunan ərazilərdə "yaşıl" energetikanın inkişafı ilə bağlı məqsədlər ölkə üçün olduqca aktualdır. Hidrogen ən "yaşıl" və ən təmiz enerji mənbəyi hesab olunur. Bu proqram hələlik yazılış mərhələsindədir. Proqram çərçivəsində gələcəkdə atom hidrogen energetikası sahəsində də işlər görülə bilər".
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda radiasiya, fotokimyəvi üsulla su və karbohidrogen sistemlərində molekulyar hidrogenin alınması istiqamətində elmi-tədqiqat işləri aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Səlcuq Bayraqdar Bakıda: "TEKNOFEST"i bu il Azərbaycan qəbul edir - VİDEO
* "Yaşıl iqtisadiyyat"a keçid mümkün olacaq
* İlham Əliyev Azərbaycanın ənənəvi və "yaşıl enerji" potensialı barədə