Pekin-2022: Azərbaycan idmançısı məharətini nə vaxt göstərəcək? VİDEO

Litvintsev Kanada, İsveç, İsveçrə, Estoniya və Çin təmsilçisi ilə bir qrupda buz üzərinə çıxacaq.
Sputnik
BAKI, 7 fevral — Sputnik. Pekin-2022 Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqramının püşkü atılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan idmançısı Vladimir Litvintsevin buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub.
O, sabah Bakı vaxtı ilə saat 5:22-də başlayacaq yarışa qatılacaq. Qısa proqramda 30 idmançı 5 qrupda buz üzərinə çıxacaq.
Litvintsev adətən ən zəiflərin yer aldığı 1-ci "altılıq"da bacarığını göstərəcək. O, sonuncu – 6-cı çıxış edəcək. Bu qrupda Kanada, İsveç, İsveçrə, Estoniya və Çin təmsilçisi də buz üzərinə çıxacaqlar.
Qeyd edək ki, kişi fiqurlu konkisürənlərin sərbəst proqramı fevralın 10-da baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.