İDMAN

Pekin Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı durmadan artır

Onların 6-sı idmançı və rəsmi şəxslərdir. Yerdə qalanlar isə nümayəndə heyətinin digər üzvləridir.
Sputnik
BAKI, 6 fevral - Sputnik. Çinin paytaxtı Pekində keçirilən XXIV Qış Olimpiya Oyunlarında koronavirusa yeni yoluxma halları aşkarlanıb.
Təşkilat Komitəsinin rəsmi saytının yaydığı xəbərə görə, ötən gün Oyunlara gələn 305 nəfərdən onunun analiz nəticəsi müsbət çıxıb.
Onların 6-sı idmançı və rəsmi şəxslərdir. Yerdə qalanlar isə nümayəndə heyətinin digər üzvləridir.
Pekin Qış Olimpiya Oyunları
Pekində keçirilən Qış Olimpiya Oyunları sayca 24-cüdür. Oyunlar fevralın 4-də başlayıb və 20-dək keçiriləcək.
Pekin dünya idman tarixində həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhərdir.
Xatırladaq ki, 2008-ci ildə Pekin 29-cu Yay Olimpiya Oyunlarının paytaxtı olub. 2022-ci ildə Pekində oyunların keçirilməsi üçün 3,9 dollar büdcə ayrılıb. Olimpiya Oyunlarının artıq Çinin paytaxtında keçirildiyini nəzərə alaraq, təşkilatçılar əvvəlki yarışlar üçün hazırlanmış infrastrukturdan istifadə etmək niyyətindədirlər.
Qış Olimpiya Oyunları zamanı 17 idman növü üzrə yarışlar keçiriləcək, bu dəfə Beynəlxalq Olimpiya Komitəsi (BOK) Oyunların proqramına yeddi yeni idman növü daxil edib. Pekində 2022-ci ildə 109 dəst medal veriləcək ki, bu da 2018-ci ildə Pxençxan (Koreya) Qış Olimpiya Oyunları ilə müqayisədə yeddi dəst çoxdur.
Azərbaycan Qış Olimpiya Oyunlarında ənənəvi olaraq kiçik nümayəndə heyəti ilə təmsil olunur. Hazırda iki azərbaycanlı fiqurlu konkisürən - Yekaterina Ryabova və Vladimir Litvintsev Pekin Olimpiadasına vəsiqə qazanıblar. Azərbaycanın aktivində hələ Qış Olimpiya Oyunlarında heç bir medal qazanılmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Pekində "Bəyaz oyunlar"a hazırlıq - göz oxşayan fotolar
Boykota rəğmən Olimpiya Oyunlarına baxacaq