NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Qara qızıl"ımızın qiyməti 100 dollara yaxınlaşıb

Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 18-də 99 dollardan baha satılmışdı
Sputnik
BAKI, 5 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 4,23 dollar artaraq 99,30 dollar təşkil edib.
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,16 dollar artaraq 93,27 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,04 dollar bahalaşaraq 92,31 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 18-də 99 dollardan (99,54) baha satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 4-də (95,07) qeydə alınmışdı.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycan qazı Macarıstana nəql edilə bilər
Azərbaycanın böyük təbii qaz potensialı ixracı artırmağa imkan verir - İlham Əliyev
İlham Əliyev Azərbaycanın ənənəvi və "yaşıl enerji" potensialı barədə