HƏRBİ

Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun açılışı olub

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev akademik kursun açılış münasibətilə müdafiə nazirinin adından mərasim iştirakçılarını təbrik edib, onlara tədrisdə və işlərində uğurlar arzulayıb.
Sputnik
BAKI, 3 fevral — Sputnik. Silahlı Qüvvələrin Hərbi Akademiyasının strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursuna növbəti qəbulun açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev akademik kursun açılış münasibətilə müdafiə nazirinin adından mərasim iştirakçılarını təbrik edib, onlara tədrisdə və işlərində uğurlar arzulayıb.
Təhsil müddətində dinləyicilərə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik, xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılmasının, dövlət müdafiəsinin və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mövzularda mühazirələrin oxunacağı bildirilib.
Tədris prosesi beş ay olmaqla hər ilin fevral-iyun aylarında mühazirələr, seminarlar, qrup çalışmaları və praktiki təcrübələr formasında keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Füzulidə “Osa” zenit raketləri aşkar olunub
Biz o məkanda öz mövqelərimizi əldən verə bilmərik - Prezident İlham Əliyev
Snayperlərimizin hazırlığı davam etdirilir - VİDEO